SOCAR TANAP layihəsində pay sahibi oldu

SOCAR TANAP layihəsində pay sahibi oldu

"SOCAR Turkey Enerji" şirkəti Transanadolu boru kəməri (TANAP) layihəsində yeddi faizlik payın sahibi olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Əskişəhərdə mətbuat konfransı zamanı TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.
Bununla bağlı saziş bu il mart ayının sonunda imzalanıb.

Beləliklə, TANAP səhmdarlarının pay bölgüsü bu cür olub: "Cənub Qaz Dəhlizi" QSC - 51 faiz, "SOCAR Turkey Enerji" 7 faiz, "Botaş" - 30 faiz, BP - 12 faiz.
 
Aktual.az
Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR