SOCAR nümayəndə heyəti İranda səfərdə olub

SOCAR nümayəndə heyəti İranda səfərdə olub

Yanvarın 24-də SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.


Aktual.az-ın SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi ilə görüş keçirib. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub. SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib, bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi perspektivlərinə baxılıb.

Görüşdə gələcək əməkdaşlığın “yol xəritəsinin” hazırlanmasının məqsədəuyğunluğundan söz açılıb. İran tərəfi SOCAR-ın təkliflərinə cox ciddi və maraqla yanaşdıqlarını bildirib.

Əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyi vurğulanıb. SOCAR prezidenti R.Abdullayev İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadini Bakıya səfərə dəvət edi.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR