SOCAR-ın vitse-prezidenti xəbərdarlıq etdi

SOCAR-ın vitse-prezidenti xəbərdarlıq etdi

SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov şirkətə işə düzəlmək istəyən və bundan istifadə edib, fırıldaqçılıq edən şəslərdən yazıb. Işə düzəlməyin şəffaf və asan yolunu qeyd edən Xaliq müəllimin sosial şəbəkədə yazdığı statusunu dərc edirik:

"Bu mövzuda mən, İRD-nin rəisi A. Bəkirli dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bilgi verməyimizə baxmayaraq, görünür ki, hələ də bəzi insanlar digər aldananların acı təcrübəsindən dərs almamışlar... Bir daha yazıram:

SOCAR-da işə qəbul olunmaq üçün heç bir vasitə axtarmaq lazım deyil. Yetər ki, elan olunmuş vakansiya şərtlərinə uyğun biliyin, bacarığın olsun və müsahibə zamanı bildiyini tam təqdim edə biləsən. Bu qədər sadə, bu qədər asan və tam şəffaf...
Amma hardansa bir dələduzu tapıb, onun şirin dilinə aldanıb varını-yoxunu verəsən ona ki, SOCAR-a işə düzələcəyəm... Bu mümkün deyil və necə də olmur. Sonra da yazırlar ki, aldanmışam, evimi yıxmışam, borc almışam... Daha nələr yazmırlar, ürək ağrısız oxumaq olmur...
Əlbəttə həmin məktubları hüquq mühafizə orqanlarına göndəririk. Çox vaxt dələduzlar məsuliyyətə cəlb olunurlar... Amma zərər çəkmiş insanların haqları geri qaytarılırmı? Bəs əsəb gərginliyi, itirilmiş vaxt, vəsait, nüfuz...
Hələ öz məqsədlərinə çatmaq üçün bu DƏLƏDUZLAR həyasızcasına təmiz, vicdanlı, zəhmətkeş və ictimayyətdə nüfuz sahibi olan vəzifəli şəxslərin adına xələl gətirəcək yollara da əl atırlar. Insanları aldatmaq üçün filankəsin qohumuyam, filankəsin qonşusuyam, filan vəzifəli şəxsin kəndçisiyəm.
Yalana inanmazdan əvvəl soruşan yoxdur ki, sən o filankəsin vasitəsi ilə bir adamı işə düzəldə bilmisən?..
Odur ki, aldadan cinayət törədir, aldanan da günahsız deyilmiş..."
   Xatırladaq ki, SOCAR-da işə düzəlmək üçün baş ofisin Insan Resursları Departamentinə müraciət etmək lazımdı. Müvafiq vakansiyanı seçib CV göndərib, bilik və bacarığını nümayiş etdirməklə asanlıqla SOCAR-ın əməkdaşı olmaq olar.

Orxan

//Aktual.az
Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR