Sergey Lavrov: "İŞİD"in növbəti hədəfi Mərkəzi Asiya ola bilər

Sergey Lavrov:
  • DÜNYA

Rusiyanın xarici işlər naziri Federasiya Şurasında çıxış edib.

Aktual.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Lavrovun fikrinə əsasən, İŞİD terror qruplaşmasının növbəti hədəfi Mərkəzi Asiya ola bilər.
Nazir qeyd edib ki, Əfqanıstanda İŞİD terrorçuları şimala doğru hərəkət etməyə çalışırlar: "Bu isə Mərkəzi Asiyanın növbəti hədəf olduğu fikrini yaradır".
Lavrov əlavə edib ki, Suriyada qalan kiçik terrorçu qruplaşmalar da məhv ediləcək. Ümumiyyətlə, Suriyada İŞİD üzərində qələbə qazanılıb.
Rusiyalı diplomat bildirir ki, terrorçular Suriya sərhədlərini keçərək başqa ölkələrə səpələniblər: "Biz amerikalılardan və koalisiyadan buna imkan verməməyi xahiş etmişdik. İraqda Rusiya ordusunun səlahiyyətləri yoxdur. Moskva Vaşinqtondan terror qruplarını məhv etməyi xahiş etmişdi. Onlar isə bunu etməyəcəklərini dedilər. Bu, qəbuledilməz mövqedir. Təəssüflər olsun ki, amerikalılar belə addım atdılar".


Aktual.az
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR