“Şərəfsiz və qeyrətsizsiz” - “Rabitə işi”ndə təqsirləndirilən şəxs

“Şərəfsiz və qeyrətsizsiz” - “Rabitə işi”ndə təqsirləndirilən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən B.Vəliyev yenə xərəkdə gətirilib.
Onun vəkili çıxış edərək bildirib ki, müvvəkkilinin səhhətində ciddi problem var: "Ağrıkəsicilərin də ona xeyiri yoxdur. Bayram Vəliyev əzab çəkir. Təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz".
Daha sonra V.Zeynalovun müdafiəçisi Bəylər Məmişov vəsatətlə çıxış edib. O deyib ki, müvəkkilinin 67 əmlakına həbs qoyulub: "Onun da ikisi Vidadi Zeynalovun mülkiyyətindədir. Həmin əmlakların da biri ittihamın əhatə etdiyi dövrdən əvvəl alınıb. Biz həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini tələb edirik. Vidadi Zeynalovun adına olan əmlakları satıb, dövlətə dəymiş ziyanın ödənilməsini istəyirik".
Təqsirləndirilən N.Məmmədovla A.Mustafayevin vəkilləri vəsatət qaldıraraq, təkrar ekspertizanın aparılmasını istəyiblər.
Hakim bildirib ki, məhkəmə əmlaklarla bağlı vəsatətə prosesin yekununda müşavirə zamanı qiymət verəcək. Digər vəsatətlər də təmin olunmayıb.
B.Vəliyevin vəkili məhkəmə tərkibinə etiraz edib. O, məhkəmənin qərəzli aparıldığını vurğulayıb.
Digər təqsirləndirilən şəxslər və müdafiəçilər vəsatəti müdafiə etməyib, onlar bunu məhkəmənin mülahizəsinə buraxdıqlarını söyləyiblər.
Bu zaman B.Vəliyev digər təqsirləndirilən şəxsləri təhqir edib: "Bilirsiz onlar niyə qəbul etmir? Ona görə ki, onlar günahkardırlar. Siz, hamınız şərəfsiz və qeyrətsizsiz".
Məhkəmə etirazı təmin etməyib.
Proses martın 29-da davam etdiriləcək.
 
Aktual.az
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR