Şəmkirdəki müəmmalı yanğınları kim törədir?

Şəmkirdəki müəmmalı yanğınları kim törədir?

Şəmkirin Qaracəmirli kəndində müəmmalı yanğınlar yenidən başlayıb. Bu gecə kənddə daha iki yanğın baş verib.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisələrin birində həyətyanı sahədə ot tayası, digərində isə mal-qara və ev quşları ilə birlikdə tövlə alışıb. Sakinlər yanğınların qəsdən törədildiyinə əmindirlər.

İlk yanğın hadisəsi ötən gün axşam saat 23:00 radələrində Müşfiq Mehtiyevə məxsus tövlədə qeydə alınıb. Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 125 saylı bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq, tövlənin 120 kvadratmerlik tavan hissəsi və orada saxlanılan 10 ton ot bağlaması yanıb. Tövlədə olan ev quşları da tələf olub. Mal-qara isə tüstüdən zəhərlənib.

Ötən ilin avqust-sentyabr aylarında Şəmkirin Qaracəmirli kəndində bir-birinin ardınca 11 yanğın hadisəsi qeydə alınmışdı. Həmin vaxt həyətyanı sahələrdə ot bağlamaları ilə yanaşı, körpələr evi-uşaq bağçası və kənd xəstəxanası da alova qərq olmuşdu.

Aktual.az
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR