Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

Şəkidə üzüm yığımına başlanılıb. Hələlik bağlardan əsasən süfrə üzümü sortları yığılır. Tezliklə texniki sortların da yığımına başlanılacaq. Məhsul istehsalçıları ilk günlər bağlardan 190 tona yaxın üzüm yığıblar. İstehsal olunan üzüm satış üçün əsasən daxili bazarlara göndərilir.

Aktual.az bildirir ki, bu barədə Şəhər İcra Hakimiyyətinin saytında məlumat verilib.
Məlumata görə, hazırda rayonda 300 hektar bar verən üzüm bağı var. Cari ilin yazında 5 hektar sahədə yeni üzümlüklər salınıb. Builki mövsümdə Şəkidə üzüm istehsalının 5 min tona çatdırılacağı gözlənilir. Ötən il isə bağlardan 4162 ton üzüm yığılıb.
 
Aktual.az
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR