Səidə Sultan: “Kişilər maşını saxlayıb, deyirdilər ki,..” - MÜSAHİBƏ, FOTOLAR

Səidə Sultan: “Kişilər maşını saxlayıb, deyirdilər ki,..” - MÜSAHİBƏ, FOTOLAR

Mirbağır Bağırzadənin "Bağışla” mahnısına çəkilən klipini təqdim edən müğənni Səidə Sultan musavat.com-un suallarına cavab verib.


Onunla söhbətə yeni işlərindən başladıq: "Artıq işlərimə strat vermişəm. Yeni mahnılar yazdırmışam, birini aranjeman etdirirəm. Ona da klip çəkiləcək, stilistim Elnur Həsənov olacaq. Tam fərqli iş ərsəyə gətirəcəyik. Düşünürəm ki, "Bağışla”  kipindən sonra fərqli iş insanların xoşuna gələcək”.

- Konsert verməyi düşünürsünüz?

- Özümü konsert verməyə  hazır görsəm də, konsert üçün maliyyəm yoxdur. Çünki hər şeyi özüm-özümə edirəm. Bu işdə mənə kömək edən dostlarım da olur. Ayağımı yorğanıma görə uzadıram. Yaxşı sponsor olsa, böyük  işlər görmək olar. Insanlar sponsor sözündən qorxur. Allah o müğənnilərin üzünü qara eləsin ki, sponsor sözünü başqa mənalara yozdular. İndi sponsor deyəndə ağzını əyirlər. Düz olsan, işin yaxşı gedəcək. Hamını niyə özünüz kimi bilirsiniz? Şirkətlər də qorxur, bu sözdən...

ab2638aa-3738-4631-a2f5-6cf7c99d394b.jpg (60 KB)

- Müğənni Nadir Qafazadə Natavanla küsdüyünüzü açıqladı. Natavana çətin günlərində ən çox siz dəstək olmuşdunuz. Münasibətlərinizi nə pozdu?

- Nadirin ağzında söz qalmır. Mən neçə il çörək kəsdiyi, dost dediyi insanların arxası ilə danışan şəxslərdən olmaq istəmirəm. Bir-birilərinin var-yoxunu söyürlər, sonra öpüşüb-görüşürlər. Hətta, efirə çıxıb, taleyimi bağladı deyənlər də var. Mən onları görüb, şoka düşürəm. Davam da olanda həmin şəxsə zəng edirəm, görüşürəm. O adam efirə çıxıb arxamla danışmayana qədər susuram.

- Belə başa düşdüm ki, Natavanla barışıq gözlənilir.

- Kinli insan deyiləm. Allah da bağışlayandır. Natavanla aramızda yaşanan qız-qıza söhbətdir. Sabah barışa bilərik. Bu gün artıq-əskik danışaram, sonra barışarıq, tamaşaçı düşünər ki, Səidənin neçə üzü var?! Mən elə olmaq istəmirəm. Adamın bir sifəti olar. Bitirsə, bitməlidir. Natavan mənim doğmamdır. Allah onu xoşbəxt eləsin.

- Səidə, birüzlü olmaq çətindir?

- Əslində çox çətindir, həyatda mübarizən çox olur. Onun özünün də bir ləzzəti var.

64d593f7-ce5c-4800-ae9a-3912393c46de.jpg (211 KB)

- "ATV maqazin onlarla” verilişində neçə illik sevgilinizdən ayrılmaq məcburiyyətində qaldığınızı dediniz.

- Şəxsi həyatım haqda danışmaqdan zəhləm gedir. Hər dəfə bununla bağlı suallar ünvanlayırlar. İnsanlar da bu xəbərdən beziblər. Deyirlər, ərə gedirsən, get, getmirsən, gözümüz aydın. Özüm də "Səidə ərə gedir” başlıqlı xəbərlərə qıcıq oluram. Deyirlər ki, neçə ildir ki, bu ərə gedib çıxa bilmir.

- Niyə ərə gedib, çıxa bilmirsiniz?

- Hələ ki, ağ atlı, ağ "Porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır.

- Həmkarlarınız tez-tez deyir ki, 400 manat maaş alan oğlana ərə getmərəm. Ailə quracağım oğlan imkanlı olmalıdır.

- Böyük danışmaq lazım deyil, Allah o sözü adama yedirdir. Gedib, elə adama aşiq olursan ki, şoka düşürsən. Sonra da deyirsən ki, dilim-dilim olasan, dilim.

- Sosial şəbəkələrdə kişilərə tənqidi yanaşırsınız. Bəlkə, ona görə ağ  atlı oğlan yaxın gəlmir?

- Ona görə kişilər mənimlə dolanmır. Deyirlər ki, kişiyə ərə getməyəcəksən.  Kişi kimi hamı ilə dalaşıram, ona görə də tək qalacaqsan. Amma yaxşı kişiyə can qurban. Bir oğulun ki, sözü bütöv olmadı, nə edirsən o oğulu? Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar.

435aee4f-c08c-413f-8103-f44b7d3b42e0.jpg (65 KB)

- İndiyə kimi peşman olduğunuz çox addımlar atmısınız?

- Sevəndə göz yaşı da tökürəm. Qürur boş şeydir. Sevmisənsə,  deməli qürurundan keçmisən. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam.

- Son zamanlar tez-tez imicinizdə  dəyişiklik edirsiniz. Bəziləri deyir ki, Səidə gündəmə gəlmək üçün bu addımı atır.

- Mən planlı etmirəm. Hər dəfə maraqlı bir saç rəngi edirik, sonra paylaşıram. Heç vaxt düşünmürəm ki, filan fotonu paylaşım, gündəm olsun, saytlar yazsın.

- Ən çox nə əsəbləşdirir sizi?

- Yalan məni çox əsəbləşdirir. Ikiüzlülük və özündən razılıq məni qıcıqlandırır. Onlarla düz gəlmirəm.

- Sizcə, şou-bznesin birincisi kimdir?

- Şou-biznes bir ağacdır. Hər kəsin öz yolu var. Mənim üçün birinci, ikinci, üçüncü yoxdur. Bir nömrə Zeynəb Xanlarovadır. İşinə görə birincidir.

c024fbba-9c13-4fbc-a113-22b202bec887.jpg (39 KB)

- "W-trio”nun ən parlaq ulduzu kimdir?

- Sözsüz, Röyadır. Bunu dansam, günah edərəm. Röya çox iş görüb, haqqını tapdalamaq olmaz.

- "Maşın” şou başlayır. O şoudan sonra insanların fikri sizə qarşı dəyişdi.

- "Maşın” şou məni ucaltdı. Murad Dadaşova təşəkkür edirəm. İnsanlar məni vurub-yıxan, həyasız kimi tanıyırdı. Amma elə olmadığımı gördülər. Mən sadəcə sözün düzünü deyirdim. Həmişə də demişəm. Yaxşı ki, o şoudan iştirak etmişəm. Oradan çıxandan sonra kişilər maşını saxlayıb deyirdilər ki, səninləyik, kişi kimi qızsan.

- Yenidən dəvət alsanız, gedərsiniz?

- Əlbəttə, gedərəm. O şou mənim üçün doğmadır.

 
Aktual.az
Xəbər 1812 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR