Samir Şərifov: "Azərbaycan Gürcüstandakı islahatlara maraq göstərir"

Samir Şərifov:

"Azərbaycan Gürcüstanın maliyyə sahəsində həyata keçirilən islahatlara maraq göstərir".

APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov gürcüstanlı həmkarı Mamuka Baxtadze ilə görüşdən sonra deyib.

S.Şərifov görüşdə iki ölkənin nazirlikləri arasında əməkdaşlıq məsələləri ilə yanaşı, qarşılıqlı maraq doğuran mövzular ətrafında da fikir mübadiləsinin aparıldığını bildirib.
 
Onun sözlərinə görə, M.Baxtadzenin Gürcüstanın maliyyə naziri kimi ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında olduqca yaxşı münasibətlərin və hökumətlər arasında yüksək əməkdaşlığın daha bir göstəricisidir: "Azərbaycan Gürcüstanda maliyyə sahəsində həyata keçirilən islahatların maraqlı məqamlarını araşdıracaq. İnanıram ki, Gürcüstan tərəfi üçün də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək maraqlı olacaq”.
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR