Salyanda 46 yaşlı kişi bıçaqlandı

Salyanda 46 yaşlı kişi bıçaqlandı

Salyanın Babazanan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

46 yaşlı yerli sakin Vüqar Rafət oğlu Səfərov kürək və dirsək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Xəstənin yaxınları Vüqar Səfərovun Ceyhun adlı qonşusu tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR