Sahibkardan icra başçısına ittiham: "22 min manat borcu qaytarmır"

Sahibkardan icra başçısına ittiham:

Şabran İcra Hakimiyyətinin başçısı Novruz Novruzov sahibkar Eldar Əsədova olan 22 min manat borcunu ödəmir.

Aktual.az xəbər verir ki, bu barədə Bölgəxəbər TV məlumat yayıb. Qeyd olunur ki, Əhmədlidə yaşayan Eldar Əsədov Şabran İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla qarşılıqlı anlaşma əsasında rayonda bir sıra işlər görüb. Lakin hələ də pulunu ala bilmir. Eldar Əsədovun sözlərinə görə işbirlikləri başa çatdıqdan sonra icra başçısı ona öz təşəkkürünü bildirib və söyləyib ki , dekorativ ağacların pulunu ona müavini Mehdi müəllim verəcək. Lakin o da vaxtı uzadıb və pulu ödəməyib. Sahibkar sonuncu dəfə müraciət edib pulunu tələb etdikdə isə ,onu icra hakimiyyətinin digər nümayəndəsi Natavan xanıma yönləndiriblər. Şikayətçinin səsləndirdiyi ittihamlara aydınlıq gətirmək məqsədilə Bölgəxəbər Şabran icra hakimiyyətinin nümayəndəsi, adı çəkilən Natavan xanımla əlaqə saxlayıb. O, isə jurnalistin suallarını cavabsız qoyub. 

Aktual.az Bölgəxəbərin hazırladığı videosujeti təqdim edir:

Xəbər 8276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR