Rusiyanın Volqoqrad şəhərində azı 30 nəfərin skeleti tapıldı

Rusiyanın Volqoqrad şəhərində azı 30 nəfərin skeleti tapıldı
  • DÜNYA

Rusiyanın Volqoqrad şəhərinin ətrafında azı 30 nəfərin qalıqları aşkarlanıb.  

APA-nın "Ren TV"-yə istinadən verdiyi xəbərə görə, insan skeletləri tikinti işlərinin aparıldığı meydançada aşkarlanıb. Şahidlərin sözlərinə görə, qalıqların Böyük Vətən Müharibəsi qurbanlarına məxsus olduğu istisna edilmir.  

Hadisə yerindən təqdim olunan videoda "tapıntı"nın brezentlə örtüldüyü əks olunub. Məlumata görə, qalıqlar artıq 3-4 gündür ki ortalıqda qalmaqdadır. 
 
Aktual.az
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR