Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu

Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Zabaykalye vilayətində çoxsaylı meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə regionun Təbii sərvətlər nazirliyinin məlumatında bildirilir.
Hazırda regionda 2,8 min hektardan çox sahəni əhatə edən 34 meşə yanğını davam edir. Yanğınların söndürülməsinə 804 canlı qüvvə və 181 ədəd texnika cəlb olunub. Son sutka ərzində 6 meşə yanğınını söndürmək mümkün olub.
Zabaykalye vilayəti hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, yerli bələdiyyələrə operativ əməliyyat qərargahları yaratmaq, yaşayış məntəqələrinin müdafiəsinin təşkil etmək, zəruri hallarda əhalinin təxliyə edilməsi məsələsini nəzərdən keçirmək tövsiyə edilib.
 
Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR