Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk edib

Rusiyanın 23 diplomatı Böyük Britaniyanı tərk edib

Rəsmi Londonun irəli sürdüyü tələblərə uyğun olaraq, 23 rusiyalı diplomat Böyük Britaniyanı tərk edib.

Aktual.az APA-ya istinadən bildirir ki, diplomatlar ailələri ilə birlikdə Stensted hava limanından artıq Moskvaya yola düşüb.
Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.
Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR