Rusiyada yoxa çıxan maşın Azərbaycanda tapıldı

Rusiyada yoxa çıxan maşın Azərbaycanda tapıldı

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Aktual.az-a  verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən "Sərbəst dövriyyə üçün buraxılış" gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan ərazisinə gətirilmiş 2016-cı il buraxılışı olan "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.
 
Baxış zamanı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinin Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR