Rusiyada ilk virtual alış-veriş şəbəkəsi istifadəyə verildi

Rusiyada ilk virtual alış-veriş şəbəkəsi istifadəyə verildi
  • DÜNYA

Rusiyanın "Fibrum” şirkəti online alış-veriş üçün "AliExpress” və "Tmall” ticarət platformalarının 121 virtual mağazasını ümumi şəbəkəyə birləşdirib.

Rueconomics.ru saytının verdiyi xəbərə görə, test rejimində işləyən mağaza hələlik Rusiya Federasiyasının 11 şəhərində aktivdir. Layihə uğur əldə edərsə, yeni mağaza digər ölkələrdə də fəaliyyətə başlaya bilər. Virtual mağazanın əsas üstünlüyü alıcılar üçün rahatlığın, satıcılar üçün xidmət xərclərinin daha az olmasıdır.
İstifadəçi planşet və ya smartfon vasitəsilə xüsusi proqramı yükləyərək virtual mağazaya daxil ola bilər. O, "Tmall” mağazaları kateqoriyasını seçərək mağazanın təsvirini izləyir. Məhsullara hər tərəfdən baxmaq, onların qiymətlərini öyrənmək və almaq mümkündür.
"Fibrum” cəmi iki il ərzində beynəlxalq bazara çıxıb. Şirkət "Skolkovo” və "AliExpress” startapları müsabiqəsində "Fibrum Pro” virtual reallıq şlemi sayəsində qalib olub. Şlemlər "AliExpress” platformasında yerləşdirilib. //Azərtac
 
Aktual.az
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR