Rusiyada banklar iki qrupa bölünəcək

Rusiyada banklar iki qrupa bölünəcək
  • DÜNYA

Bu ildən Rusiyada fəaliyyət göstərən banklar malik olduqları kapitalın məbləğinə görə iki qrupa bölünəcək.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iş Rusiya Bankının (Mərkəzi Bank) ölkədə çoxsəviyyəli bank sisteminin yaradılmasına dair ötən il müəyyən etdiyi plana uyğun olaraq həyata keçiriləcək və ilin sonuna qədər yekunlaşdırılacaq.
Plana əsasən, kapitalı azı 300 mln. rubl (təxminən 9 mln. manat) qədər olan banklara baza lisenziyalı kredit təşkilatı, kapitalı azı 1 mlrd. rubl (təxminən 30 mln. manat) olan banklara isə universal bank statusu veriləcək. Bununla belə, banklar gələcəkdə kapitalın məbləğindən asılı olaraq statuslarını dəyişə biləcəklər. 
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR