Rus generalın tapıldığı məhəllədə əsrarəngiz olay - Evlərdən əşyalar itir

Rus generalın tapıldığı məhəllədə əsrarəngiz olay - Evlərdən əşyalar itir

Türkiyənin Ardahan vilayətində inşaat işləri zamanı rusiyalı general Vasiliy Geymana aid olduğu iddia edilən cəsədin tapıldığı haqda xəbər vermişdik.

Təhlükəsizliyin gücləndirildiyi ərazidə polislər 24 saat keşik çəkir. 

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, bu ərazinin inşaat sahəsi və ya qoruq ərazi elan ediləcəyi haqda qərar 24 mayda keçiriləcək toplantıdan sonra veriləcək. Qərarı maraqla gözləyənlərdən birincisi isə inşaat sahibi Fahrettin Yılmazdır. Yılmaz "Bu, başıma gələn böyük bir uğursuzluqdur. Biz tikintini dayandırdıq, qərarı gözləyirik. Qərar çıxınca inşaat mövsümü bitəcək", -deyib.

Tez-tez "Kaş ki, cəsədi tapılan bir general olmazdı" deyən Yılmaz: "Buralar həmişə qəbiristanlıqdır. Gördüyünüz binaların təməli qazılarkən də skelet parçaları, hərbi botlar çıxırdı. Bizimki də şans işidir", - sözlərini işlədib.

"Əşyalarımız itir"

Məhəllə sakinlərinin böyük qismi "Qətiyyən bu olaya narahat olmadıq" deyərkən, əksini düşünənlər də var. Zeynep Çoban adlı məhəllə sakini: "Cəsəd çıxanda buranı görsəydiniz, təəccüblənərdiniz. Komandir öldüyündə belə o qədər sıxlıq olmamışdır", - deyib. Məhəllədəki bir çox evin təməlindən skelet çıxdığını xatırladan Çoban: "İnsan düşününcə əti ürpəşir. Bəzən anlamadığımız şeyləri yaşayırıq.

Evdə bütün günü məndən başqa heç kim olmadığı halda, əşyalar əsrarəngiz şəkildə itir", - ifadəsini işlədib.

Torpaqdan çıxarıldıqdan sonra Qars Muzeyi anbarına aparılan rus generalın cəsədi, nəmə qarşı mühafizə edilən bir mühitdə saxlanılır. Rus generalın cəsədi 24 saat xüsusi təhlükəsizlik tərəfindən qorunur.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR