Ürək tutmasından öldüyü deyilirdi: intihar etdiyi məlum oldu

Ürək tutmasından öldüyü deyilirdi: intihar etdiyi məlum oldu

Göyçay rayonunda intihar hadisəsi olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini, bir uşaq anası, 20 yaşlı Fəridə Kərtəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.

Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.
 

Aktual.az

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR