Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın Şimal bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının "isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb.
Şübhəli şəxs qismində saxlanılan Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, bu il avqustun 7-də rayonun Gədəzeyxur kənd sakininə məxsus 4500 kq buğdanı 1800 manata razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq edib.
Bundan başqa o, avqustun 8-də rayonun İmamqulukənd kəndində yenə həmin üsulla kənd sakinini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb.
M. Qurbanov sentyabrın 17-də rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 manat dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib.
M. Qurbanov kənd sakinlərinə ümumilikdə 3652 manat ziyan vurub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR