Qubada iki övlad atası baltalandı

Qubada iki övlad atası baltalandı

Quba rayonunda qətl hadisəsi baş verib.

Aktual.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi, 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib. 

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.


Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR