Qubada ağır yol qəzası: Ölən və yaralananlar var

Qubada ağır yol qəzası: Ölən və yaralananlar var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz magistralının rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Vüqar Nazim oğlu Talıbovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü V.Talıbov hadisə yerində ölüb, avtomobildə olan sərnişin Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva ağır bədən xəsarətləri alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 
Aktual.az
Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR