Qlobal iqtisadiyyatla bağlı proqnozlar yenilənib

Qlobal iqtisadiyyatla bağlı proqnozlar yenilənib

"Moody's" beynəlxalq reytinq agentliyi qlobal iqtisadiyyatla bağlı proqnozlarını yeniləyib. 

Aktual.az  Report-a istinadən  xəbər verir ki, yenilənmiş proqnozlar "Moody's"in press-relizində yer alıb.
Agentlik 2017-ci ildə ABŞ iqtisadiyyatı üzrə artım proqnozunu 2,4%-dən 2,2%-ə endirib. Buna səbəb "ABŞ iqtisadiyyatı ilə bağlı bu ilin ilk yarısında zəif göstəricilərin açıqlanması olub". 2018-ci il üçün iqtisadi artım proqnozu 2,5%-dən 2,3%-ə endirilib. Bu isə fiskal stimullaşdırmanın azaldılması ilə əlaqələndirilir. Agentlik 2017-2018-ci illərdə ABŞ-da monetar siyasətin sərtləşdiriləcəyini ehtimal edir.
Əksinə, "Moody's" avrozona üzrə iqtisadi artım tempi ilə bağlı proqnozlarını 0,3 faiz bəndi artıraraq 2017-ci il üçün 2,1%-ə, 2018-ci il üçün isə 1,9%-ə çatdırıb. Agentlik bu qərarını Almaniya, Fransa və İtaliyada iqtisadi vəziyyətin yaxşılaşması ilə izah edir. Agentlik Çin iqtisadiyyatı üzrə artım proqnozunu 2017-ci il üçün 6,6%-dən 6,8%-ə, növbəti il üçün isə 6,3%-dən 6,4%-ə yüksəldib.
"Moody's" hesabatda dünya iqtisadiyyatı üçün bir sıra risklərin olduğunu da qeyd edib. Bunların arasında maliyyə bazarlarındakı volatillik, ABŞ-ın proteksionist siyasəti, Çində kreditləşmənin yavaşlaması, Koreya, Cənubi Çin dənizi və Yaxın Şərqdəki problemlər göstərilib.
 

Aktual.az 

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR