Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bu həftə Vaşinqtona səfər edəcək.

Aktual.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Qətərin Rusiyadakı səfirliyindən bildiriblər. Səfər proqramı hələlik açıqlanmayıb.

Bundan əvvəl "Fox News” telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ administrasiyası Qətər ətrafında vəziyyətin nizamlanması üçün Vaşinqtonda ərəb ölkələri liderlərinin sammitini keçirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. Rəsmi Doha irəli sürülən bütün ittihamları rədd edib. 
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR