Qax sel təhlükəsi ilə üz-üzə - FOTO

Qax sel təhlükəsi ilə üz-üzə   - FOTO

"Qax rayonundan keçən çaylarda suyun artması sel təhlükəsi yarada bilər".

Aktual.az bildirir ki, bunu report-a Qax Suvarma Sistemləri idarəsinin baş mühəndisi Nəzir Mustafayev deyib.

Baş mühəndisin sözlərinə görə, suyun artdığı çaylarda mühafizə tədbirləri görülür: "Son günlər ölkə ərazisində yağışların intensiv xarakter alması çaylarda suyun səviyyəsini artırıb. Dağlara yağıntının çox düşməsi isə dağ çaylarına da öz təsirini göstərib. Bunun üçün Kürmük çayı sahilində 300 metr uzunluğunda daş-beton bənd tikilir.
Baş mühəndis qeyd edib ki, ötən ilə nisbətən bu il çaylarda bol sululuq müşahidə olunur: "Əsasən də dağ çaylarında suyun səviyyəsi qalxıb və bu da hər an sel təhlükəsi yarada bilər. Yarana biləcək hər hansı xoşagəlməz hadisədən sığortalanmaq üçün Kürmük çayının sağ sahilində, çayın Qax şəhərinə yaxın olan hissəsində bəndlərin tikintisi nəzərdə tutulub. Tikinti işlərində müasir, ağır texnikalardan istifadə olunur. Mənbəyini Böyük Qafqaz dağlarından götürən Kürmük çayı Qax rayonu ərazisindən keçən və zaman-zaman sel təhlükəsi yaradan çaylardandır. Bundan başqa, Zərnə çayı sahilində də daş-beton bəndlərin tikintisi nəzərdə tutulub".

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR