Qanunsuz ağac kəsənlər saxlanılıb

Qanunsuz ağac kəsənlər saxlanılıb

Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında naməlum şəxslər tərəfindən ağaclar kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, "Qaynar Xətt”inə daxil olan şikayət əsasında nazirliyin əməkdaşları hadisə yerinə gedib.
Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.
Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.
 
Aktual.az
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR