Putinə ən yaxşı sualın müəllifinə qızıl telefon veriləcək

Putinə ən yaxşı sualın müəllifinə qızıl telefon veriləcək

Mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşan italyan şirkəti "Caviar” Rusiya prezidenti Vladimir Putinin portreti ilə yeni smartfonu təqdim edib.

Publika.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidmətinin nümayəndəsi deyib.
Kolleksiyanın təqdimatı Rusiya prezidenti Vladimir Putinlə iyunun ortalarında keçiriləcək ”Birbaşa xətt”ə uyğunlaşdırılıb. "Birbaşa xətt”də dövlət başçısına ən yaxşı sual verən şəxsə qızıl telefonu hədiyyə edəcəklər. Məhdud seriyadan olan telefonun korpusu Putinin portreti və ölkənin ərazi subyektlərinin 85 paytaxtının adları ilə bəzədilib.
Məhdud sayda çıxarılacaq telefonun qiyməti 184 min rubl (təxminən 2230 dollar) olacaq.
 
Aktual.az
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR