Prezident seçkiləri Azərbaycanda siyasi mübarizə mədəniyyətinin formalaşma prosesinin dərinləşdiyini təsdiqlədi…

Prezident seçkiləri Azərbaycanda siyasi mübarizə mədəniyyətinin formalaşma prosesinin dərinləşdiyini təsdiqlədi…

"11 aprel prezident seçkisində uduzan namizədlər siyasi mədəniyyət göstərərək qalib tərəfi təbrik etdilər”

Əliməmməd Nuriyev: "Mübarizə aparan rəqiblər arasında siyasi mədəniyyətin mühüm elementi olan qarşılıqlı hörmət var idi”

Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev ötən gün parlamentdə təntənəli şəkildə and içib. Andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda siyasi mədəniyyətin formalaşması istiqamətində müsbət tendensiyanın hiss olunduğunu bildirib.

O qeyd edib ki, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib: "Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir”.

Həmsöhbətimiz də hesab edir ki, Azərbaycanda siyasi mübariz mədəniyyəti artıq formalaşıb. "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan müstəqillik əldə edəndən sonra çox zaman siyasi mübarizə müstəvisi heç də siyasi mədəniyyətin elementlərini özündə ehtiva etmirdi. Xüsusilə də tərəflər arasındakı mübarizə bəzi hallarda fərqli müstəvidə qurulurdu: "Daha çox düşmənçilik, qəbuledilməzlik istiqamətində qurulurdu. Hər zaman müxalifətdən olan bəzi qüvvələr prezident seçkilərinin nəticələrini qəbul etməyiblər. Söhbət o zaman seçkilərdə iştirak edən qüvvələrdən gedir. O zaman namizədlər uduzandan sonra qalibin qalibiyyətini qəbul etmirdilər. Halbuki, siyasi mədəniyyət onu tələb edir ki, uduzan şəxs qalibi təbrik etməlidir. Ancaq son illər yarışa girən qüvvələr arasında mübarizənin nəticəsinə uyğun olaraq, uduzan tərəflər qalib tərəfi təbrik edirlər. Eyni zamanda, debatlar prosesində etik davranış qaydalarına maksimum dərəcədə əməl etməyə çalışırdılar. Xüsusən də son seçki prosesində bunun şahidi olduq. Mübarizə aparan rəqiblər arasında bir siyasi mədəniyyətin mühüm elementi olan qarşılıqlı hörmət var idi. Təbii ki, kəskin tənqidlər var idi. Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bildirdi ki, o, bunu alqışlayır və namizədlər tərəfindən gətirilən arqumentlər, irəli sürülən təkliflər nəzərə alınacaq. Hesab edirəm ki, bu, Prezident tərəfindən yeni bir baxışın ortaya qoyulması idi”.

Həmsöhbətimizin sözlərinə görə, 11 aprel prezident seçkisində uduzan namizədlər siyasi mədəniyyət göstərərək qalib tərəfi təbrik etdilər: "Özünü radikal adlandıran müxalifət seçkidə iştirak etmədi. Onlar bəri başdan öz məğlubiyyətlərini görürdülər. Çünki ölkə başçısı İlham Əliyevin nüfuzu yüksəkdir. Prezident məhz xalqın iradəsinə arxalanırdı. Bunun nəticələrini qabaqcadan görən radikal müxalifət qüvvələri seçkidə iştirak etmədilər. Onlar ənənəvi qərəzlərindən əl çəkməyərək, hətta seçkinin nəticəsini də tanımamaq barədə fikir səsləndirdilər. Ancaq unutmaq lazım deyil ki, xalqın iradəsindən üstün iradə yoxdur. İlham Əliyevin yüksək faizlə qalib gəlməsi özlərini radikal müxalifət adlandıranlara bir cavab oldu. Xalq radikallığa deyil, sabitliyə və inkişafa səs verdi.

 
Aktual.az
Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR