Pekin aeroportunda 268 reysi təxirə salındı - SƏBƏB

Pekin aeroportunda 268 reysi təxirə salındı - SƏBƏB
  • DÜNYA

Pekinin "Şoudu" beynəlxalq aeroportu 268 reysi təxirə salıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu qərar ölkədə hökm sürən güclü qasırğa səbəbi ilə qəbul olunub.
Səhər saatlarına planlaşdırılmış 598 reysdən cəmi 248-i həyata keçirilib. Təxirə salınan reyslərin daha çox daxili reyslər olduğu bildirilir.

Qeyd edək ki, ölkə ərazisində hökm sürən güclü qasırğa 5 nəfərin də həyatına son qoyub. Qasırğanın bir çox rayonlara ciddi ziyan vurduğu, fərdi evlərin dağıldığı da bildirilir.
 
Aktual.az
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR