Parisdəki terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürdü

Parisdəki terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürdü

Bu gecə Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına atəş açmış terrorçulardan biri zərərsizləşdirilib

Trend-in məlumatına görə, digərinin tutulması üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İŞİD terror qruplaşması terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Fransa Prezidenti Fransua Olland da silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Şanzelize küçəsində AK markalı avtomat silahdan atəş açılması nəticəsində bir polis ölüb, ikisi yaralanıb.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR