Palata: “Azərlotereya” öhdəliklərini tam yerinə yetirmir

Palata: “Azərlotereya” öhdəliklərini tam yerinə yetirmir

Əvvəlki illərdə olduğu kimi, "Azərlotereya” ASC üzrə 2015-ci il də mənfəətlə yekunlaşıb, əldə etdikləri xalis mənfəətin (1 mln. 655,1 min manat), habelə müvafiq aktivlər və kapital üzrə mövcud imkanların (pul vəsaitlərinin ilin sonuna qalığı 3 mln. 36,9 min manat, istifadə edilməmiş mənfəəti 5,66 mln. manat) dividendlərinin daha çox ödənilməsi üçün yetərli olmasına baxmayaraq, dövlət büdcəsi qarşısında olan müvafiq öhdəlik tam həcmdə yerinə yetirilməyib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, bununla belə, qeyd edilən imkanlar hesabına digər istiqamətlərə müvafiq vəsait xərc edilib:

"Bu halların artıq ənənəvi xarakter aldığını nəzərə alaraq, "Azərlotereya” ASC-nin Müşahidə Şurası tərəfindən, ilk növbədə dövlət büdcəsi qarşısında olan öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində aidiyyəti qərarların qəbul edilməsini və bunun icrasına nəzarətin gücləndirilməsinin bir daha vacibliyini bildiririk”.
 
Aktual.az
Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR