Orta məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 381 şagird xəstəxanalıq oldu

Orta məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 381 şagird xəstəxanalıq oldu

Çinin paytaxtında kütləvi zəhərlənmə baş verib. İçdikləri sudan zəhərlənən şagirdlər təcili xəstəxanaya aparılıb.

Publika.az xəbər verir ki, mərkəzi xəstəxanaya yüksək dərəcəli temperatur və ishal şikayətləri ilə 381 şagird daxil olub. Müayinə zamanı məlum olub ki, uşaqlar məktəbdə içdikləri sudan zəhərləniblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, məktəbin içməli suyunun tərkibində həddindən artıq zərərli bakteriyalar olub.
125 şagird müalicəsini bitirib, evlərinə buraxılıb.
Məktəbdə 10 mindən artıq şagird təhsil alır. Hadisə ilə bağlı məktəbdə tətil elan olunub.
Araşdırmalar davam edir
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR