Oqtay Əsədov ÜAK-ın ləğvi ilə bağlı müzakirələr aparacaq

Oqtay Əsədov ÜAK-ın ləğvi ilə bağlı müzakirələr aparacaq

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən danışıb.
 
Modern.az xəbər verir ki, spiker Milli Məclisin iclasında deyib ki, Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə buməsələni müzakirə edəcək: 

"Artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”. 

Ötən gün Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib. Ali Məhkəmə ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. 
 
Aktual.az
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR