Obamanın vida mesajı rekord qırdı

Obamanın vida mesajı rekord qırdı
  • DÜNYA

ABŞ-ın hazırki prezidenti Barak Obamanın vida mesajı rekord qırıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun bu mesajı "Twitter” hesabında indiyə qədərki paylaşımları arasında ən çox bəyəniləni olub.

"Hər şey üçün çox sağ olun. Mənim son istəyim elə birinci ilə eynidir. Mən sizdən yalnız mənim deyil, özünüzün də dəyişiklik yaratmaq bacarığınıza inanmağınızı xahiş edirəm”, -deyə paylaşılan "twit” 726 mindən çox paylaşılıb, 1.5 milyondan çox bəyənmə toplayıb.

Yanvarın 20-də yeni seçilən ABŞ prezidenti Donald Trampın inaqurasiyası keçiriləcək. Obamanın "Twitter”dəki hazırkı hesabı da yeni prezidentə keçəcək.
 
Aktual.az
Xəbər 963 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR