"O Ses Türkiye"də ayrılıq şoku


Keçən mövsüm Sibel Can, Hadise, Murat Boz, Gökhan ve Hakan qardaşlarının münsif heyətində olduğu "O Ses Türkiye"də yeni sezonda hansı məşhurların münsif kürsüsündə olub-olmayacağı böyük maraq doğurur.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Sibel Can iştirak etdiyi mətbuat konfransında bu mövsüm yarışda olmayacağını deyib. Can "2016-2017 sezonunda TV8 ekranlarında Türkiyənin ən gözəl səslərinin seçildiyi "O Ses Türkiye" proqramının münsiflərindən biri olmaq həyəcanını mənə yaşadan, başda sevgili Acun Ilıcalı olmaqla, dostlarım Hadise, Murat Boz, Gökhan ve Hakana, Tarık Sezer və möhtəşəm orkestrinə sonsuz təşəkkürümü bildirirəm. Yeni yayım dönəmində proqrama daxil olduğu üçün hər birimizin çox sevdiyi Yıldız Tilbeyə indidən xeyirli-uğurlu olmasını diləyirəm" deyib. 
Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR