Nigar Camaldan azərbaycanlı qadınlara İRAD: “Savadsız, cahil insan başa düşə bilməz”

Nigar Camaldan azərbaycanlı qadınlara İRAD: “Savadsız, cahil insan başa düşə bilməz”

Nigar Camalın instaqramda yazdığı "Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyır. Bəs soruşmazlarmı ki, bunları qazanacaq nə etdin?” statusu qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, müğənni bu statusunun qadınların etirazına səbəb olduğunu yazıb:
"Qadınlar bu fikirləri aqressiv qəbul etdi. Əlbəttə ki, savadsız, cahil insan bu cümlənin mənasımı başa düşə bilməz. Qısası, fikrimi həmişəki kimi hər kəs öz "dahilik" çərçivəsində başa düşüb. Maraqlıdır ki, insanlarda bu qədər nifrət haradandır?”
İfaçı statusunda hər bir qadının da qarşı tərəfin diqqət, qayğı və hörmət gözlədiyini vurğulamağa çalışdığını qeyd edib:
"Statusumu başa düşmüyən insanlar yəqin ki, siz bunları bir kişidən gözləmirisniz. Kim necə istədi, elə də yozdu”.
 
Aktual.az
Xəbər 1000 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR