Kanadanın Toronto şəhəri “The Economist” jurnalinin versiyasına görə dünyanın ən yaxşı şəhəri seçilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Toronto təhlükəsizlik, həyat səviyyəsi və yaşayış minimumu meyarına görə birinci olub.
Ümumilikdə reytinqdə 36 şəhər yer alıb. Dünyanın ən təhlükəsiz şəhəri adını Yaponiyanın paytaxtı Tokio qazanıb.