Nəsimi
rayonun IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 11-də axşam
saatlarında cənub bölgəsinə gəliblər.
"Ölkəmizi tanıyaq” maarifləndirici
tur-aksiyasının iştirakçıları səyahətlərinə Lənkəran rayonundan başlayıblar. Məktəbliləri
şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət
nümayəndələri qarşılayıblar. Sonra Nəsimi rayonundan olan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının
iştirakçıları Lənkərandakı "Qafqaz sahil”
hotelldə yerləşiblər. Şam yeməyindən sonra məktəblilər müxtəlif
əyləncəli proqramlarda iştirak ediblər.
Noyabrın 12-də məktəblilər Lənkəran,
Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı
məkanları ilə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı "Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər. Məktəblilərə məlumat verilib ki, ümumi sahəsi 21 min 435 hektar olan Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir. Park 2004-cü il fevralın 9-da Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun
və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli
Parkı YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün
qeydiyyata alınıb.
Bildirilib ki, Hirkan Milli Parkı çoxlu
sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı
min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay
plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi,
müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri
barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki "Qoşa Qala qapıları”,
"Mayak” binası, "Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi,
Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib,
qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla
tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində
keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Axşam saatlarında məktəblilər "Şah sarayı”nda onlar üçün təşkil edilmiş
müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, "Gənclər evi”ndə,
Xəzər dənizi sahilində 8 hektar ərazidə salınmış park-bulvar kompleksində,
"Yanar bulaq”da və "Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər
Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq
İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində,
"ASAN həyat” kompleksində və Viləşçay su anbarında olublar.
Cənub bölgəsinə səyahəti həmişə
xatırlacaqlarını diqqətə çatdıran məktəblilər tur-aksiyanın onlarda zəngin
təəssürat yaratdığını bildiriblər.
Xəbər 292 dəfə oxunub.