Nazirlikdən kurikulumun ləğv ediləcəyi ilə bağlı AÇIQLAMA

Nazirlikdən kurikulumun ləğv ediləcəyi ilə bağlı AÇIQLAMA

"Azərbaycanda kurikulum sisteminin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur".

Aktual.az  report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O bildirib ki, kurikulumun ləğvi haqqında danışanların müasir təhsil sistemindən kifayət qədər məlumatları yoxdur: "Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulumsuz təhsil olmur, çünki bu sistem təhsilin məzmunudur. Kurikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Ona görə də belə bir məsələ absurd ifadədir".

Nazirlik rəsmisi xatırladıb ki, kurikulum hər zaman təkmilləşən bir sistemdir: "Hazırda Təhsil Nazirliyi tərəfindən kurikulum ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz, sadəcə müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da onsuzda hər il baş verir. Ona görə də bunu ciddi dəyişiklik kimi qələmə vermək düzgün deyil".
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR