Nazirlik Zika virusu ilə bağlı hərəkətə keçdi

Nazirlik Zika virusu ilə bağlı hərəkətə keçdi

Azərbaycanın Gənclər və İdman Nazirliyi Rio de Janeyrada keçiriləcək 2016 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançı və nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün işlərə başlayıb.

Aktual.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, təhlükəsizliyi təmin etmək üçün xüsusi çantalar sifariş olunub.

Nazirlik rəsmisi qeyd edib ki, qurumun nəzdindəki Diaqnostika və Reabilitasiya Mərkəzinə 120 çanta sifariş verilib.

“Çantaların içərisində ağcaqanad əleyhinə xüsusi spreylər, iynələr (ağcaqanad dişlədikdə həmin iynələr zəhəri çölə çıxartmağa yardımçı olacaq), mazlar, bintlər var. Atletlər kəndində nümayəndə heyəti, idmançılara bu çantalardan veriləcək”.

Qeyd edək ki, Zika virusu Latın Amerikası və Afrika ölkələrində ağcaqanadlar vasitəsilə sürətlə yayılıb.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR