Nazirlik tibb müəssisələrində korrupsiya ilə mübarizəni gücləndirir

Nazirlik tibb müəssisələrində korrupsiya ilə mübarizəni gücləndirir

Səhiyyə Nazirliyində "Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr imzalanıb

Nazirlikdən verilən məlumatda deyilir ki, əmr Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli tapşırığına əsasən verilib. "Əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərinin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb”,-xəbərdə deyilir.

Həmçinin Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə, tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.
 
Aktual.az
Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR