Nazir: “Mövcud status-kvo Ermənistandan başqa heç kəsi qane etmir”

Nazir: “Mövcud status-kvo Ermənistandan başqa heç kəsi qane etmir”

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırıq”.
 
APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir bildirib ki, konkret vaxtla bağlı hələ ki təklif yoxdur: "Bu barədə ideya mən Moskvada olarkən səsləndi. Sergey Lavrov belə bir təklif irəli sürdü və mən hazır olduğumu bildirdim. Lakin bu görüş iş qrafikinin razılaşdırmasını tələb edir”.
 
Nazir qeyd edib ki, mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir: "Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə yaxın olmuşuq. Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Hərbçilər kazarmalara qayıtmalıdır. Bu isə özlüyündə böyük imkanlar açacaq. Bu, planın bir hissəsidir”. 

Aktual.az
Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR