Namiq Qaraçuxurlunun 100 min avro pulu mənimsənilib

Namiq Qaraçuxurlunun 100 min avro pulu mənimsənilib

Məşhur meyxanaçı Namiq Qaraçuxurlunun 100 min avroya yaxın pulu "Qala” mühafizə şirkəti tərəfindən mənimsənilib.

Aktual.az-ın Unikal.org-a istinadla məlumatına görə,N.Qaraçuxurlu şirkət yaradılarkən aylıq gəlir əldə etmək məqsədilə 100 min avroya yaxın məbləğdə pulu deposit qoyub.

Şirkətin rəhbəri Vüqar Hüseynov işə düzəltmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Hazırda o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda işi Ağır Cinayətlər Məhkəməsi araşdırır. Prosesə hakim Faiq Qəniyev baxır. 

Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, bu iş üzrə 4900 nəfər zərərçəkmiş şəxs var. Onların hər birinin ifadəsi alınıb. 
 
Aktual.az
Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR