MSK sədri: "Prezidentliyə namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq"

MSK sədri:

"Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb.
MSK sədri qeyd edib ki, səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək.
M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilib-keçirilmədiyini müşahidəçilər və mətbuat orqanları üzə çıxarır: "Seçkinin şəffaf keçirilməsi üçün siyasi iradə olmalıdır. Azərbaycanda da seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb”. 
 
Aktual.az 
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR