“Moody`s” Beynəlxalq Bankın reytinqlərini endirdi

“Moody`s” Beynəlxalq Bankın reytinqlərini endirdi

"Moody`s” beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini "Ba3” bəndindən "B1” bəndinədək endirib

Aktual.az  xəbər verir ki, agentlikdən APA-ya verilən məlumata görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi "Ba3” bəndindən "B1” bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə "B1” bəndindən "B2” bəndinədək aşağı salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi "Not-Prime” səviyyəsində təsdiqlənib.
Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.
 
Aktual.az 
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR