Mobil operatorların gəlirləri artıb

Mobil operatorların gəlirləri artıb

2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 milyon manatlıq xidmət göstərib.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub.  2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb. Gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 326,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Beləliklə, mobil operatorların gəlirləri artıb. Əvvəlki ayda xidmətlərdən əldə olunan gəlirin 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.
 
Aktual.az
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR