MN: Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur

MN: Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur

Müdafiə Nazirliyi ermənilərin Azərbaycan hərbçisini vurmaları barədə yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Aktual.az-a  bildirilib ki, Ermənistanın sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: "Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov adlı hərbi qulluqçumuz, ümumiyyətlə, xidmət etmir.

Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda "qəhrəman” kimi göstərmək istəyir”.

Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: "Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.

Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Vurulan hərbçinin adının Natiq Qurbanov olduğu bildirilir.
 
Aktual.az
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR