Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurub

Mingəçevirdə qırmızı paltar geyinən uşağı öküz vurub

Mingəçevir şəhərində azyaşlını öküz vurub.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb.

Həmin küçədə, bina, 16A, mənzil, 19-da yaşayan 2012-ci il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu həyətdə həmyaşıdları ilə oynayarkən iribuynuzlu heyvanın hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, uşağın qırmızı geyimindən qıcıqlanan inək buynuzu ilə körpənin ağzından vurub. Nəticədə buynuz uşağın üst damağını yarıb. Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılan uşaq, burada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakıya göndərilib.

Qeyd edək ki, şəhərin bu hissəsində heyvan saxlanılmır. Bəzən Yevlaxın şəhərə yaxın ərazilərindən heyvanlar nəzarətsiz şəkildə Mingəçevir ərazisinə gəlir.
 
Aktual.az 
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR