Milli Məclisin mart ayındakı iclaslarının vaxtı açıqlandı

Milli Məclisin mart ayındakı iclaslarının vaxtı açıqlandı

Azərbaycan Milli Məclisinin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı açıqlanıb.

"Report”un xəbərinə görə, toplantıların martın 6-da, 16-da və 30-da keçirilməsi planlaşdırılır.
Martın 16-da keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Artur Rasi-zadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək iclas isə 31 Mart soyqırımının 100 illiyi ilə bağlı olacaq.

Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR