Millət vəkili dünyanı etiraza səslədi - ZƏHRAYA GÖRƏ

Millət vəkili dünyanı etiraza səslədi - ZƏHRAYA GÖRƏ

 

Millət vəkili Q.Paşayeva İspaniyada Beynəlxalq Forumda çox sayda ölkə heyətlərinə işğalçı Ermənistanın qətlə yetirdiyi balaca Zəhradan danışıb


Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi Parlament sədrinin 1-ci müavini Estber Mcheka Chilenjeye, Beninin Gənclər və İdman naziri Osvald Homeky, Nigeriya, Mərakeş, ,Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb və görüşdə işğalçı Ermənistanın qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışıb. Millət vəkili Qənirə Paşayeva bütün dünya ictimaiyyəti etnik və dini kimliyindən asılı olmayaraq bu cinayətlərə etiraz səslərini yüksəltməlidir deyib və beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktlarına səssiz qalmamağa çağırıb. Millət vəkili onlara Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə və Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib




Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR